“Mən ifritə deyiləm. “Siçovullara” nifrət edirəm, onlara normal qız kimi baxmıram”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Günaydın Azərbaycan“ verilişində deyib.
O, ad çəkmədən həmkarlarına ismarıc yollayıb: “Ailə dağıtmaq yaxşı bir şey deyil. Kiminsə nikahlı ərinə göz dikmək olmaz. Bizim sahədə yeni oxuyanlar var. Məclislərə gedib camaatın ərinə göz dikirlər, onların sayəsində də gəlib buralarda oxuyurlar”.
“Elə etmə ki, səni Azərbaycanda ifşa edim. Ad çəkmək istəmirəm. Özü bilir kimə deyirəm, bir də haqqımda artıq-əskik danışma. Özünü mənimlə tay tutma. Səni oxuyansan. Sən hara, mən hara… Səni çox pis qaralaya bilərəm. Ona görə yerini bil”, - deyə Səidə Sultan əlavə edib.
Ziyafət Əlisoy













jpg-1707819707.webp)


