• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şəkidə obyektə tüfənglə atəş açan şəxs saxlanıldı

HADİSƏ

28 Noyabr 2023 | 22:03

Şəkidə obyektə tüfənglə atəş açan şəxs saxlanıldı

Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini,1989-cu il təvəllüdlü Səmədov Famil Abduləli oğlu saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024