• Bakı 14° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Şərifdən paylaşım: Paradı səbirsizliklə gözləyirəm!

SİYASƏT

08 Noyabr 2025 | 00:04

Şərifdən paylaşım: Paradı səbirsizliklə gözləyirəm!

Bu gün gözəl Bakı şəhərində feldmarşal Səid Asim Munirilə birlikdə əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf və məmnunluq duydum.

Bakıvaxtı.az xəbər verir ki, bunu noyabrın 7-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair X sosial şəbəkəsində yazıb.

"Azərbaycanın Qələbə Günü münasibətilə ölkə rəhbərliyini, xalqını və hökumətini səmimi qəlbdən təbrik etdim və sabahkı möhtəşəm paradı səbirsizliklə gözləyirəm.

Həmçinin ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq münasibətlərini nəzərdən keçirdik və ticarət, enerji, əlaqəlilik və müdafiə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəldik.

Yaşasın Pakistan-Azərbaycan qardaşlığı!", - o qeyd edib.


SON XƏBƏRLƏR

07 Noyabr 2025