Bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri - Zaur Əsgərov və Gündüz Mirzəyev sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirərək, geniş əhali kütlələri bu kimi fəaliyyətlərə təşviq etmələrinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Bakıvaxtı.az xəbər verir ki, məhkəmə bu şəxslərin barəsində həbs qətimkan tədbiri seçib. Zaur Əsgərovun və Gündüz Mirzəyevin cinayət əməllərini sübut edən dəlillər açıq-aşkar olsa da, AXCP sədri Əli Kərimli və partiyanın digər üzvləri ənənəvi qaydada bu həbslərin guya "siyasi" xarakterli olmasına dair iddialar səsləndiriblər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri - Zaur Əsgərovun və Gündüz Mirzəyevin zorakılığa çağırışlarla bağlı səs yazılarını təqdim edirik: