• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Səudiyyə Ərəbistanı İsraili bu şərtlə tanıya bilər

DÜNYA

17 Yanvar 2024 | 17:43

Səudiyyə Ərəbistanı İsraili bu şərtlə tanıya bilər

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan İsveçin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində "Təhlükəsiz Dünyanın Təhlükəsizliyi" adlı paneldə WEF-in prezidenti Borge Brendenin suallarını cavablandırıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Fərhan çıxışında İsrail-Həmas müharibəsinə toxunaraq fələstinlilər üçün dövlət yaradılması barədə razılaşma əldə olunarsa, Tel-Əviv rəhbərliyini tanıya biləcəklərini bildirib.

"Ər-Riyad və Təl-Əviv arasında diplomatik əlaqələrin qurulmasına dair danışıqların Fələstin münaqişəsinin həllindən sonra başa çatacaq?" - sualına o, “Əlbəttə” cavabını verib.

Fərhan Qırmızı dənizdə və ümumilikdə regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. Qəzzadakı müharibənin bütün bölgəni böyük təhlükə qarşısında qoyduğunu vurğulayıb.

Günəş Mərd

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026