• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Siqaret çəkənlərə PİS XƏBƏR

CƏMİYYƏT

13 Mart 2023 | 16:38

Siqaret çəkənlərə PİS XƏBƏR

Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları bu prosesə nəzarəti gücləndirib.

Küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin Trend-ə verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub.

"Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb". /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026