• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Solovyovun qızı müharibəyə qarşı çıxdı

DÜNYA

29 May 2023 | 21:27

Solovyovun qızı müharibəyə qarşı çıxdı

Rusiyalı aparıcı, Kremlin qızğın təbliğatçısı Vladimir Solovyovun qızı Yekaterina Solovyova Ukraynaya qarşı aparılan müharibəyə qarşı çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Yekaterina bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar edib.

“Qızılgül qırmızıdır, bənövşə göydür, müharibə isə ağrı, vəhşilik və ölümdür. İnsanlar yaşayır, öz işləri ilə məşğul olur, bir-birilərini sevir, nəsə haqqında arzulayırlar. Daha sonra evləri atılan mərmilərlə dağılır və son saniyələrdə bir-birilərini qucaqlamaqdan başqa çarələri qalmır. Bir onu bilirəm ki, incəsənət kölgə ilə mübarizəyə kömək edir. Bizim, xüsusilə də mənim bütün konsertlərimiz hər zaman müharibə əleyhinə olub, olacaq da”, - Solovyova bildirib.


SON XƏBƏRLƏR

24 Aprel 2024