Son sutkada Rusiya ordusu daha 800 hərbçi itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Qeyd edilib ki, 2022-ci ilin fevralından bəri Rusiyanın ümumi canlı qüvvə itkisi təxminən 1 milyon 83 min 790 nəfərə çatıb.
Məlumata görə, son 24 saat ərzində həmçinin 1 tank, 4 zirehli döyüş maşını, 53 artilleriya sistemi və 170 PUA məhv edilib.
Diqqətə çatdırılıb ki, sentyabrın 1-də cəbhə xəttində Ukrayna müdafiəçiləri ilə rus qüvvələri arasında 160 döyüş toqquşması baş verib.
Əli Hüseynov