• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Stoltenberq Tbilisi ilə Bakını səhv saldı

CƏMİYYƏT

18 Mart 2024 | 16:38

Stoltenberq Tbilisi ilə Bakını səhv saldı

Gürcüstanda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında çıxışı zamanı Tbilisi ilə Bakını səhv salıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, həmin an Gürcüstanın Baş naziri İrakli Kobaxidze Stoltenberqin yanında olub. 

“Yenidən Bakıya qayıtmaq və burada olmaq xoşdur. Çünki bu bizim Gürcüstan və NATO arasında tərəfdaşlığı necə yüksək qiymətləndirdiyimizi göstərir”, - deyə Baş katib qeyd edib.

Bildirilir ki, bununla belə, Stoltenberqin səhvini heç kəs düzəltməyib. 

Xatırladaq ki, Stoltenberq martın 17-18-də Azərbaycanda səfərdə olub və bu gün Gürcüstana gedib. O, Gürcüstandan Ermənistana səfər edəcək.


SON XƏBƏRLƏR