• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Stoltenberq üç ölkənin rəsmiləri ilə görüşəcək

DÜNYA

27 Iyun 2023 | 00:06

Stoltenberq üç ölkənin rəsmiləri ilə görüşəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüs sammitindən əvvəl (11-12 iyul - Qeyd) İsveçin alyansa daxil olması ilə bağlı razılığın əldə olunması üçün Brüsseldə Türkiyə-İsveç-Finlandiya üçtərəfli formatında yüksək səviyyəli görüş keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş katib Litvada keçirdiyi mətbuat konfransında deyib.

Yens Stoltenberq hər üç ölkənini rəsmiləri danışıdığını vurğulayıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdım, Finlandiya və İsveç hökumətləri ilə əlaqə saxlayıram. Biz sammitdən əvvəl Brüsseldə yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəldik.

Bu görüşdə Xarici İşlər Nazirliyinin, xüsusi xidmət orqanlarının rəhbərləri, milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Bu görüşün məqsədi İsveçin NATO-ya daxil olması istiqamətində irəliləyiş əldə etməkdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026