Sumqayıtın Corat qəsəbəsində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Əhmədov Abdullah Əhməd oğlunun barelyefinin açılış mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət himni səsləndi, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda həyatlarını itirən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu, barelyefin açılışı edildi, önünə gül-çiçək dəstələri düzüldü. Şagirdlərin ifasında şəhidlərimizə həsr olunan şeirlər söylənildi.
Mərasimdə Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov çıxış edərək, şəhid Əhmədov Abdullahın, eləcə də digər şəhidlərimizin qanının yerdə qalmadığını, qəsbkarların layiq olduqları cəzanı aldıqlarını söylədi . Tədbirdə şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, din xadimləri, hərbçilər iştirak ediblər.
Qeyd edək ki, Əhmədov Abdullah Əhməd oğlu Talışın Gülüstan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
























