• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək - Ərdoğan

DÜNYA

10 Dekabr 2024 | 16:47

Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək - Ərdoğan

Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başqanları toplantısında çıxışı zamanı bildirib.

    O qeyd edib ki, Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək:
    “Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz bunu şikayət edərək deyil, məmnunluqla etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Onların (suriyalıların-red.) öz evlərinə qaytarılması məsələsində heç bir təxribatı qəbul edə bilmərik. Bəzi insanların güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəni fəlakətə sürüklənməsinə tamaşa etməyəcəyik”.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025