• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb

DÜNYA

13 Mart 2025 | 09:12

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb

Suriyada dövlət başçısının sədrliyi ilə fəaliyyət göstərəcək və ölkədə təhlükəsizlik və atılacaq siyasi addımların koordinasiyasından cavabdeh olacaq Milli Təhlükəsizlik Şurası qurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Suriya Prezident Administrasiyası məlumat yayıb.

Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin rəhbəri, həmçinin prezident tərəfindən təyin olunacaq 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq.

Şuranın iclası prezidentin dəvəti ilə mütəmadi olaraq və zərurət yarandığı zaman keçiriləcək.


SON XƏBƏRLƏR

12 Mart 2025