• Bakı 11° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Suriyada yenidən xaos yaşanmasını istəyirlər - Ərdoğan

DÜNYA

11 Aprel 2025 | 23:16

Suriyada yenidən xaos yaşanmasını istəyirlər - Ərdoğan

Suriyada yenidən xaosun yaşanmasını istəyənlər var. Türkiyə buna imkan verilməməsini məmnuniyyətlə qarşılayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Suriya dövlət başçısı Əhməd əş-Şara ilə görüşündə deyib.

O, qarşıdakı illərin Suriyanın sabitliyi, rifahı və əmin-amanlığı ili olacağını söyləyib.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğvi üçün səyləri davam etdirəcək, rəsmi Dəməşqlə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atılacaq:

“Türkiyə Suriyada sabitliyin bərpası üçün bu günədək olduğu kimi, bundan sonra dəstəyini davam etdirəcək”.


SON XƏBƏRLƏR

18 Aprel 2025