• Bakı 10° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Hollandiya Ukrayna üçün 150 milyon avro ayırıb

DÜNYA

12 Aprel 2025 | 00:56

Hollandiya Ukrayna üçün 150 milyon avro ayırıb

Hollandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha 150 milyon avro ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans öz “X” hesabında məlumat verib.

    O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaşlarından hava məkanını qorumaq üçün daha çox vəsait istəyib.

    "Buna görə də mən hava hücumundan müdafiə üçün (I-Hawk sistemi) daha 150 milyon avro elan edirəm. Biz həmçinin F-16 qırıcılarını və Patriot sisteminin kritik elementini də tədarük edirik. İnsanların həyatını xilas etmək üçün Ukraynanı dəstəkləməyə davam edirik", - o bildirib./apa


    SON XƏBƏRLƏR

    18 Aprel 2025