• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqləndi

CƏMİYYƏT

09 Fevral 2023 | 15:12

Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqləndi

“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilib.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR