• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pünhan Mübarizi təhqir etdi: "ŞƏRƏFSİZ, TƏLXƏK" 

MƏDƏNİYYƏT

26 Mart 2024 | 19:54 | Müəllif: Subhan Mahmudov

Pünhan Mübarizi təhqir etdi: "ŞƏRƏFSİZ, TƏLXƏK"

"Sən təlxəyin birisən. Sən kimin üçünsə saz çala bilərsən".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Pünhan Piriyev sosial media hesabındakı paylaşımında deyib.

O, saz ifaçısı Mübariz Camaloğlunu təhqir edib: 

"Sən mənə diş batıra bilməzsən. Mübariz, qeyrətimə and olsun ki, sənin dizini yerə ataram. Qorxmuram. Yayın mənim videomu. O şərəfsiz mənim..."

Əsəblərinə hakim kəsilə bilməyən ifaçı ötən gün "Rəngarəng səhər" verilişində baş verən qalmaqalı yeni gündəmə gətirib:

"Mübarizin verilişdə mənim haqqımda danışdığı sözləri ciddiyə almadım, üstündən keçdim. Dedim yaşlıdır. O isə "Instagram" səhifəsində paylaşıb, yazıb ki, "belələrini yerində otuzdurmaq lazımdır". Guya məni deyir. Mübariz, sən kimin üçünsə saz çalan ola bilərsən. Amma sən heç kimsən. Bunu deyirəm, arxasında da dururam. Sən sənətkarlarının ayaqlarının tozu da deyilsən, o sənətkarların çölə atılan dırnaqları da deyilsən".

Qeyd edək ki, ötən gün aşıq Mübariz Camaloğlu Pünhan Piriyevi telefonlara cavab vermədiyi üçün tənqid edib. Mübariz kişi sənətçilərin prodüserlərinin, köməkçilərinin olmasını qəbul etməyib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026