Xəbər verildiyi kimi, Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov dünən kitablarını yandırıb.
Bakıvaxtı.az xəbər verir kİ, onun bu addımı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Tahir Əmiraslanov kitablarını yandırmağının səbəblərini açıqlayıb.
“Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:
1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.
2. "National Geographic" kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”, - deyə Əmiraslanov sosial şəbəkədə qeyd edib.
Nuranə Daxilqızı
















