• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Taksidən istifadə 14 faiz azalıb"

CƏMİYYƏT

18 Dekabr 2023 | 11:32

"Taksidən istifadə 14 faiz azalıb"

Araşdırmalar göstərir ki, taksi ilə edilən səfərlərin əksəriyyəti ən qısa məsafələr üçün nəzərdə tutulub. Təəssüflər olsun ki, oxşar şəhərlərlə müqayisədə Bakıda hər min nəfərə düşən taksilərin sayı 4 dəfə çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

Qeyd olunub ki, son dəyişikliklərə əsasən, 14 faiz taksi səfəri azalıb, xüsusən də 3 kilometrlik səfərlərin sayında azalma müşahidə olunub: “Bir taksi operatorundan əldə etdiyimiz məlumata görə, ünvandan metroya və metrodan ünvana taksi ilə səfərlərdə 30-40 faiz azalma olub”.

“İlkin mərhələdə 26 min səfərin taksilərdən ictimai nəqliyyata ötürülməsi nəzərdə tutulmuşdu. Artıq bu baş verib”, - deyə o xüsusi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026