Xəbər verdiyimiz kimi, ötən gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınan növbəti köç karvanı çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlının atası da köç edənlər arasındadır.
O bu barədə feysbuk hesabında paylaşım edib:
"Atamı son illərdə nə vaxt belə şux, güləriz gördüyümü düzü, xatırlamıram. Bu gün Zəngilana, doğma kəndinə, elinə-obasına qayıtdı deyə üzü gülür. Onu ilk dəfədir belə görürəm.
Kənddə yeni evinin açarlarını da almaq qismət oldu.
Uca Yaradan hər kəsə yurduna sağlam dönməyi nəsib etsin.
Yaşasın Azərbaycan.
Tanrı dövlətimizi, Ali Baş Komandanımızı və Ordumuzu qorusun!"
Zeynəb Rzayeva
Bakı 




