• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Tarif Şurasının qərarını saymayan sumqayıtlı işbazlar - İctimai nəqliyyatda süni qiymət artımı

CƏMİYYƏT

03 Fevral 2023 | 17:38

Tarif Şurasının qərarını saymayan sumqayıtlı işbazlar - İctimai nəqliyyatda süni qiymət artımı

Xəbər verdiyimiz kimi, bu gün ölkə ərazisində ictimai nəqliyyatda gediş haqqı 33% artılaraq, 40 qəpik təyin olunub.

Lakin bəzi işbazlar yeni qərardan istifadə edərək qiymətləri süni şəkildə qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, belə hallardan biri Sumqayıtda 3, 12 və 30 nömrəli avtobuslarda baş verib. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, sürücülər sərnişinlərdən 40 qəpik deyil, 50, hətta 60 qəpik tələb ediblər.

Bakıvaxtı.az məsələni araşdırmaq məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Sumqayıt Regional Şöbəsi ilə əlaqə saxlayıb.

Şöbədən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hər üç marşrut xətti üzrə avtobuslar şəhərətrafı qəsəbələrə işləyir:

“Buna görə də şəhərətrafı ərazilərə gedən sərnişinlərdən 50 qəpik alınması qanunidir. Lakin şəhərdaxili ödəniş 40 qəpikdir".

Qeyd olunub ki, əgər sərnişinlərdən 60 qəpik tələb olunubsa, bu, artıq qanun pozuntusudur: "Bununla bağlı monitorinq aparılacaq və belə hal baş veribsə tədbir görüləcək”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

25 Aprel 2024