Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, 76 yaşlı professorun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Z.Ələsgərov 1998-dən Gəncə Dövlət Universiteti rektorunun köməkçisi, 2000-ci idən isə rektorun məsləhətçisi işləyib. 2019-cu ildən fakültə dekanı olaraq fəaliyyət göstərirdi.