• Bakı 25° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Günəşin cənub qütbü ilk dəfə görüntülənib

CƏMİYYƏT

12 Iyun 2025 | 08:36

Günəşin cənub qütbü ilk dəfə görüntülənib

Günəşin cənub qütbünə dair tarixdə ilk fotolar Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın birgə layihəsi olan “Solar Orbiter” kosmik aparatı tərəfindən Yerə göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, “The Times”da yer alan məlumata görə, indiyədək müşahidə olunmamış qütb bölgələrinin görüntülənməsi alimlərə Günəş səthindəki nizamsız maqnit aktivliyini daha dəqiq xəritələşdirməyə imkan verib. Mütəxəssislər qeyd edirlər ki, məhz bu maqnit aktivliyi Günəşin hər 11 ildən bir maqnit qütblərini dəyişməsinin əsas səbəblərindən biridir.

“Bu gün bəşəriyyət tarixdə ilk dəfə Günəşin qütb bölgəsini gördü”, - deyə ESA-nın elm direktoru professor Karol Mandel bu nailiyyəti dəyərləndirib: 

Dəyəri 1,3 milyard dollar olan “Solar Orbiter” 2020-ci ildə kosmosa buraxılıb. Bu ilin martında isə aparat Günəş ekvatorundan 15 dərəcə cənuba enərək ilk yüksək bucaqlı müşahidələrini həyata keçirib və cənub qütbünün görüntülərini qeydə alıb.

Alimlərin sözlərinə görə, Günəşin maqnit sahəsi Yerinki kimi sabit deyil və hər 11 ildən bir qütblərini dəyişir. Hazırda Günəş bu dəyişiklik öncəsi “Günəş maksimumu” adlanan ən yüksək aktivlik dövrünü yaşayır. Bu mərhələdə Günəşdə ləkələrin, alovlanmaların və maqnit fırtınalarının sayı xeyli artır.


SON XƏBƏRLƏR

12 Iyun 2025