• Bakı 19° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Başgicəllənməsi hansı xəstəlik(lər)dən xəbər verir?- Terapevt AÇIQLADI

CƏMİYYƏT

13 May 2025 | 11:03

Başgicəllənməsi hansı xəstəlik(lər)dən xəbər verir?- Terapevt AÇIQLADI

Müasir dövrdə insanların sağlamlığına təsir edən əsas problemlərdən biri də baş gicəllənməsidir. Hər 5 insandan təxminən 3-ü həyatının müəyyən dövründə baş gicəllənməsi ilə qarşılaşır. Bu narahatedici simptom təkcə yaşlılara deyil, gənc və orta yaşlı insanlara da təsir edir.

Bəs başgicəllənməsi hallarının artması nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Nərminə Abbasova bildirib ki, başgicəllənmə bir sıra hallarda müşahidə oluna və fərqli xəstəliklərin əlaməti kimi özünü gösdərə bilər.

Terapevtin sözlərinə görə, başgicəllənməsi qanazlığı zamanı, aşağı arterial təziq hallarında, xroniki xəstəliklərin kəskinləşməsi dövründə, Alzheimer xəstəliyi və boyun nahiyəsində osteoxondroz əlamətləri zamanı baş verə bilər:

"İnsanlar başgicəllənməsi halı ilə qarşılaşdıqda panikaya düşməməli, hadisənin başvermə ardıcıllığını izləməlidirlər. Fiziki yorğunluq, boyun və bədənin ümumi gərginliyi zamanı yuxu pozğunluğu yaşandıqda, aşağı əyildikdən sonra, qəfil ayağa qalxdıqda və ya anidən dönərkən baş verən başgicəllənmələr müşahidə olunmalıdır".

Nərminə Abbasova vurğulayıb ki, belə hallar təkrarlanarsa ilk növbədə terapevtə müraciət edilməlidir. Həkim tərəfindən bu simptomun hansı xəstəliklə əlaqəli olduğu müəyyən edilməli və müvafiq müalicə tədbirləri görülməlidir.

Nərminə Abbasova: Başgicəllənməsi sadəcə yorğunluq və ya hava dəyişiklikləri ilə deyil, həm də…

“Həkim olaraq tövsiyə edirəm ki, baş gicəllənməsi şikayətini heç vaxt kiçik və keçici hal kimi qiymətləndirməyin. Əgər bu simptom təkrarlanırsa və ya gündəlik həyatınıza mane olursa, mütləq şəkildə həkimə müraciət edin. Çünki başgicəllənməsi sadəcə yorğunluq və ya hava dəyişiklikləri ilə deyil, həm də ciddi nevroloji, ürək-damar və qulaqla bağlı problemlərlə əlaqəli ola bilər.

Bu mərhələdə pasiyentin gündəlik həyat tərzi, qidalanma rejimi, yuxu keyfiyyəti və psixoloji vəziyyəti də nəzərə alınmalıdır. Çünki bəzi hallarda başgicəllənmə yalnız tibbi müalicə ilə deyil, həm də həyat tərzində edilən dəyişikliklərlə aradan qaldırıla bilər. Müayinələr nəticəsində ciddi bir səbəb aşkarlandıqda, daha ixtisaslaşmış mütəxəssislərin - məsələn, nevroloq və ya kardioloqun müdaxiləsi də zəruri ola bilər”.

Cansu Məmmədli

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəai

Bakıvaxtı.az


SON XƏBƏRLƏR