• Bakı 13° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Abbas Əraqçi: İranın nüvə probleminin hərbi həlli yoxdur

DÜNYA

16 Noyabr 2025 | 20:22

Abbas Əraqçi: İranın nüvə probleminin hərbi həlli yoxdur

Bu gün qədər İranın nüvə problemi üçün hərbi həll yolu mövcud deyil. Konsensusa diplomatiya və ədalətli danışıqlar vasitəsilə, tərəflərdən birinin şərtlərini diktə etməyə çalışmadan nail olmaq mümkündür.

Bakıvaxtı.az-ın İran KİV-inə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi beynəlxalq konfransda bəyan edib.

"Biz heç vaxt nüvə texnologiyalarının inkişafı və uranın zənginləşdirilməsi hüququmuzdan imtina etməyəcəyik. İndi biz 12 günlük müharibə (İsraillə – red.) dövründən daha güclüyük", - o bildirib və ABŞ ilə İsrailin İranın nüvə proqramını məhv etmək cəhdlərinin uğursuz olduğunu vurğulayıb.

Əraqçi qeyd edib ki, İran həmişə danışıqlara hazır olduğunu nümayiş etdirib, lakin bu danışıqlar döyüş meydanında əldə olunmayan məqsədləri diktə etmək üçün vasitə kimi istifadə olunmamalıdır: "Danışıqlarda kompromis və qarşılıqlı fayda var. Bir tərəfin istədiyi hər şeyi əldə etməsi mümkün deyil".

Onun sözlərinə görə, Tehranın nüvə proqramı nüvə silahlarının yayılmaması müqaviləsinin 4-cü maddəsində təsbit olunmuş hüquqlara əsaslanır: "Sülh məqsədli nüvə texnologiyalarının inkişafı, o cümlədən zənginləşdirmə, İran xalqının ayrılmaz hüququdur; bu hüquqdan biz heç vaxt imtina etməmişik və etməyəcəyik".

İranın XİN rəhbəri bildirib ki, İsrail ABŞ-nin dəstəyi ilə öz geosiyasi ambisiyalarını həyata keçirir və beynəlxalq hüququn əsaslarını tapdalayır. O vurğulayıb ki, Vaşinqton dağıdıcı siyasət yeridir, Tehrana öz şərtlərini güc mövqeyindən diktə etməyə çalışır.


SON XƏBƏRLƏR