Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Əhmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov və digər rəsmi şəxslər iştirak edir.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinə ölkəmizin regionlarından ümumilikdən 3952 şagird qatılıb. 95 nəfər şagird ölkə mərhələsində iştirak hüququ qazanıb.
Onların təqdimat çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və nəticədə 6 nəfər I, 13 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb.
Mina Mikayılova