Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə azyaşlı musiqiçilər səhnədə yer alıblar.
Onların ifası zamanı Prezident kövrəlib və ən sonda balaca istedadlıları ayaq üstə alqışlayıb. Balaca istedadlar konsertdən sonra təəssüratlarını AzTV-yə bölüşüblər.