• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Tarixçi alim Fəridə Məmmədova dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

08 Dekabr 2021 | 16:24 | Müəllif: Qalib İbrahimoğlu

Tarixçi alim Fəridə Məmmədova dəfn edildi - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova Salyan rayonunda dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, dəfn mərasimində F.Məmmədovanın yaxınları, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

O, Salyan şəhər qəbiristanlığında torpağa tapşırılıb./report/

***

10:30

Tarixçi alim Fəridə Cəfər qızı Məmmədova vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a AMEA-dan bildirilib.

Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-ci ildə Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsinda təhsil alıb.

1960-cu ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub.

1962–1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçmiş və oranın aspirantı olub: qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcü dillərini bilirdi.

O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü; 1993-ci ildə AMEA tarix elmləri doktoru, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Allah rəhmət eləsin.

Ramid İbrahimov


Tarixçi alim Fəridə Məmmədova dəfn edildi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR