• Bakı 19° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Gəncədə baş verən qəza ilə bağlı TƏBİB-dən açıqlama

HADİSƏ

06 Oktyabr 2025 | 14:30

Gəncədə baş verən qəza ilə bağlı TƏBİB-dən açıqlama

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 06.10.2025-ci il tarixində saat 12:30 radələrində 2 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.  Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hər iki şəxsə başın dəqiqləşdirilməmiş lokalizasiyasının səthi travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Oktyabr 2025