• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Təbrizdə ekoloji problem: Çirkab suları əkin sahələrinə buraxılır

DÜNYA

25 Dekabr 2023 | 19:29 | Müəllif: Subhan Mahmudov

Təbrizdə ekoloji problem: Çirkab suları əkin sahələrinə buraxılır

Təbrizin "Kolorpars" zavodunun çirkli və zəhərli tullantıları Basmınc bölgəsinin əkin sahələrinə buraxılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Bildirilib ki, bu, bölgə əhalisinə maddi ziyan vurmaqla yanaşı, sakinlərin həyatını da təhlükəyə salıb.

Zəhərli tullantıların çaylara, yeraltı su qaynaqlarına nüfuz etdiyi, bölgədə bu günə kimi müşahidə olunmamış xəstəliklərin yayıldığı bildirilib.

Qeyd edilib ki, ətraf mühit fəalları və yerli sakinlərin ekoloji problemlə bağlı şikayət və müraciətləri nəticəsiz qalıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR