• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Tərtər və Ağdamda minaya düşənlərin SON DURUMU

CƏMİYYƏT

03 Aprel 2024 | 15:59 | Müəllif: Subhan Mahmudov

Tərtər və Ağdamda minaya düşənlərin SON DURUMU

Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, hazırda onların müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir.

Bundan başqa, ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində təmizləmə işləri aparan zaman minaya düşən Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev xəstəxanadan evinə buraxılıb.

Qeyd edək ki, hər iki faktla bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026