• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Tesla” avtomobili bu il tam avtonom idarəetməyə keçə bilər

CƏMİYYƏT

06 Iyul 2023 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

“Tesla” avtomobili bu il tam avtonom idarəetməyə keçə bilər

“Tesla” avtomobil kompaniyası özünün tam avtonom idarəetmə texnologiyasını qurmağa hazırdır, cari ildə bu sahədə xeyli irəliləyiş əldə edilə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu “Tesla” kompaniyasının rəhbəri İlon Mask Şanxayda süni intellekt üzrə beynəlxalq konfransında çıxışı zamanı deyib. “İnsan müdaxiləsi olmadan avtonom idarəetmənin tətbiqinə çox yaxın olduğumuzu hiss edirik. Biz artıq bunu Birləşmiş Ştatların avtomobil yollarında sınaqdan keçirmişik”.

Onun proqnozuna görə, kompaniya bu il tam avtonom idarəetmə texnologiyasına nail ola bilər.

Mask müvafiq texnologiyanın avtomobildən daha çox istifadə edilməsinə səbəb olacağını düşünür. Onun sözlərinə görə, adi şərtlərdə ailə avtomobili həftədə 10-20 saat sürülür, tam avtonom rejimdə isə bu göstərici dəfələrlə artaraq 168 saata çata bilər.

İlon Mask, həmçinin kompaniyanın özünün hazırladığı avtonom idarəetmə texnologiyasını digər avtomobil istehsalçıları arasında yaymağa maraqlı olduğunu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026