• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Təzə sərhəd xətti haralardan keçəcək? - Sabiq nazirdən MÜHÜM AÇIQLAMA

CƏMİYYƏT

01 Mart 2024 | 15:00

Təzə sərhəd xətti haralardan keçəcək? - Sabiq nazirdən MÜHÜM AÇIQLAMA

“Bakı Berlindəki görüşlərə razılıq verməklə göstərir ki, Azərbaycanın haqlı və dəyişməz mövqeyi hər hansı regiondan, paytaxtdan asılı deyil. Biz müxtəlif platformalarda eyni mövqedən çıxış edirik”.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq XİN başçısı vurğulayıb ki, Avropa İttifaqı və Fransanın “vasitəçiliyini” eyniylə Rusiya da bizə təklif edir, hansısa xəritələri gündəmə gətirir:

“Maraqlıdır ki, bir-birinə düşmən mövqedə dayanan əks qütblər - Qərb və Rusiyanın yanaşması bu məsələdə üst-üstə düşür. Fərqindəyik ki, bu oyunlar sülh prosesində irəliləyişə xidmət göstərmir. 30 il ərzində də keçmiş həmsədrlər yorğanı öz tərəflərinə çəkməyə çalışıblar. İndi də köhnə üslubu bərpa etmək və bölgə dövlətlərinə təsir imkanı qazanmaq arzusunda olanlar var. O baxımdan Berlin görüşünə o qədər böyük əhəmiyyət vermirəm. İnternet üzərindən İrəvana hansı sülh paketini təklif etmişiksə, Berlində də Mirzoyanın qarşısına həmin sənədləri qoyuruq. Hər iki tərəf öz maraqlarından çıxış edir. Əsas məsələ odur ki, təzə sərhəd xətti haralardan keçəcək. Ermənistan 1991-ci ildə imzalanmış Alamatı prinsiplərindən imtina edibsə, deməli yeni prinsiplər əsas götürülməlidir. Əgər sovetlərin dağılma dövründəki sərhədlər nəzərə alınmırsa, o zaman bolşeviklərin işğalından öncəki sərhədlər əsas götürülsün. Bunlar uzun müzakirə mövzularıdır və mütləq Avropada müzakirə olunmaları şərt deyil”.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

26 Iyul 2024