Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi "Embraer Legacy 600" qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, tezliklə "Vaqner" özəl hərbi şirkətinin bəyanatı dərc olunacaq.
Bu barədə "Vaqner"in komandirlər şurasının nəticəsində qeyd olunub.
Qeyd edək ki, Tver vilayətində qəzaya uğrayan təyyarədə Priqojin də daxil olmaqla 10 nəfər olub. Rosaviasiya onların hamısının öldüyünü açıqlayıb.
















