• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Titan” batiskafının partlaması ilə bağlı yeni qorxunc görüntülər - VİDEO

DÜNYA

14 Avqust 2023 | 10:59 | Müəllif: Subhan Mahmudov

“Titan” batiskafının partlaması ilə bağlı yeni qorxunc görüntülər - VİDEO

Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarını görmək üçün dərinliyə enən “Titan” batiskafı ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Belə ki, onun göyərtəsindəki milyarderlərin başına gələnlərlə bağlı yeni vizuallaşdırılmış video ərsəyə gətirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, videonun müəlliflərinin hesablamalarına görə, batiskafda olanlar o qədər tez ölüblər ki, heç nə başa düşməyiblər. Onların beyinləri hətta vəziyyətə reaksiya verməyə belə imkan tapmayıb.

Xatırladaq ki, iyunun 18-də beş milyarder “OceanGate Expeditions” şirkətinə məxsus batiskafda batmış “Titanik”ə ekspedisiyaya gedib və sonradan onlarla əlaqə kəsilib. Batiskafın qalıqları dörd gün sonra tapılıb. Batiskaf daxili partlayış nəticəsində tamamilə dağılıb. Bütün sərnişinlər həlak olublar. İyunun 22-də həmin beş nəfərin ölmüş hesab edildiyi açıqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026