Xərçənglə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) xəstəliyi qaraciyərinə yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, "teleqraf.com"a bu barədə danışan aktrisanın sözləinə görə, sonuncu analizin nəticəsi yaxşı çıxmayıb: "Xəstəlik qaraciyərə yayılıb, ağciyər və sümüklərdə isə qalıb. Hər üçü eyni zamanda müalicə olunacaq".
Əməkdar artist hazırda Milli Onkologiya Mərkəzində qan analizi verdiyini deyib.
"Nəticədən asılı olaraq ya kimyaterapiya, ya da əməliyyat olunacam”, - deyə Tünzalə Əliyeva bildirib.
















