• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Toy karvanında qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi

CƏMİYYƏT

15 Aprel 2025 | 10:12

Toy karvanında qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi

Toy karvanında qaydaları kobud pozan sürücülər məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.

Belə ki, avtoxuliqanlıq edən “VAZ-21214” markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.

Həmçinin “Chevrolet” markalı, 77-NT-048, “VAZ-2107” markalı, 77-EH-807”, “Khazar” markalı, 90-YN-188, “Ravon” markalı, 77-MV-697, “Lada” markalı, 77-YC-121, “Daewo” markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.


SON XƏBƏRLƏR