• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Toyun səhəri günü eşq bitir" - Cavanşir Quliyev

CƏMİYYƏT

31 Oktyabr 2022 | 14:02 | Müəllif: Subhan Mahmudov

"Toyun səhəri günü eşq bitir" - Cavanşir Quliyev

"Toyun səhəri günü eşq bitir. Həyat başlayır... Qızın dərrakəsi varsa, anlayır ki, həyat bulvarda gəzmək deyil. Həyatın başqa tərəfləri var".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev "Açıq söhbət" proqramında deyib. Bəstəkar gənc ailələrin tez dağılmasından danışıb. 

"Mənə deyirdilər ki, tək yaşayırsan, məhəbbət mahnılarını necə yazırsan? Eşq vəziyyətini içimdə yaradıram. Mən də eşq yaşamaq istəyirdim, amma olmadı. Olmayanda olmur" deyə, C.Quliyev sevgi həyatından söz açıb. 

"Qadın xəyanəti bilsə, bağışlamalıdırmı" sualına C.Quliyev belə cavab verib: "Bağışlamamalıdır. Xəyanət kişilərin qüsurudur. İnsanda çox qüsur var. Ehtirasımız daha güclü çıxır. Ehtiras düşüncəni üstələyir. Qadın çox şey istəmir, yanlış kişilərdədir. Özlərinin evdə rəis olduğunu sübut etməyə çalışırlar. Amma bəzi halda qərarı qadın verməlidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026