• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türk astronavt kosmosa gözmuncuğu aparıb

DÜNYA

30 Yanvar 2024 | 22:00 | Müəllif: Subhan Mahmudov

Türk astronavt kosmosa gözmuncuğu aparıb

Türkiyə Aralıq dənizi Universiteti Yörük Mədəniyyət Tətbiq və Araşdırma Mərkəzi (YÖRKAM) Müdiri Dos. Dr. Fatih Uslu Türkiyənin ilk astronavtı Alper Gezeravcının gözmuncuğu kosmosa apardığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Gezeravcı özü ilə bir neçə özəl əşya götürdüyünü bildirib: “Türk Yörük mədəniyyətinin bəzi simvollarını, bəzi ailə fotolarını, ilk uçuş emblemlərimi və mənim bura gəlməyimə vasitə olan bayrağımı gətirmişəm”.

Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı yanvarın 19-da uğurlu buraxılışdan sonra Beynəlxalq Kosmik Stansiyaya çatıb. Kosmos səyahətləri və təcrübələri davam edən Gezeravcının tarixi səyahəti Türkiyədə böyük sevincə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026