• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Türk dünyasının həmrəyliyini heç vaxt unutmayacağıq" - Ərdoğan

DÜNYA

16 Mart 2023 | 22:14 | Müəllif: Subhan Mahmudov

"Türk dünyasının həmrəyliyini heç vaxt unutmayacağıq" - Ərdoğan

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünü uğurla başa çatdırdıq. Ölkəmizdə yaşanan zəlzələ və sel fəlakəti ilə əlaqədar təşkilatımızın üzvləri və müşahidəçi üzvlərlə birlikdə həmrəylik məqsədilə toplandıq. Zirvə görüşündə iştirak edən hörmətli qardaşlarımın hər birinə bir daha təşəkkürümü bildirirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündən sonra mətbuata açıqlamasında deyib.

“Yaşadığımız fəlakət zamanı Türk dünyası olaraq nümayiş etdirdiyimiz həmrəyliyi, birlik və bərabərliyi heç vaxt unutmayacağıq”, - deyə Türkiyə Prezidenti bildirib.

Sammit çərçivəsində digər toplantıların da keçirildiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan keçən il Səmərqənd Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Şimali Kipr Türk Respublikasının ilk dəfə bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026