"İsrailin Livana qurudan hücumu qeyri-qanuni işğal cəhdidir".
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
Nazirlikdən verilən açıqlamaya görə, İsrailin Livana qurudan hücum edərək bu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozması qanunsuzdur:
"Bu hücum tezliklə sona çatmalı və İsrail əsgərləri Livan torpaqlarından geri çəkilməlidir. Bu təhlükəli işğal cəhdi nəticəsində yeni bir köç dalğası yaranacaq və ekstremistlər bütün dünyada yer qazanacaqlar.
Bəyanatda hücumun təkcə region ölkələrinin deyil, regiondan kənar ölkələrin də təhlükəsizliyini və sabitliyini hədəf aldığı bildirilib.
Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının beynəlxalq hüquq normalarına riayət edilməli və Livanın işğalı ilə bağlı bu hücuma qarşı lazımi tədbirləri görülməlidir.
Gülşən Şərif