• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə Prezidenti: “Ərdoğana jurnallarla hücum problemi həll etməyəcək”

DÜNYA

08 May 2023 | 22:23 | Müəllif: Subhan Mahmudov

Türkiyə Prezidenti: “Ərdoğana jurnallarla hücum problemi həll etməyəcək”

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Tekirdağda keçirilən mitinqdə xalqa müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki. Dövlət başçısı Qərb ölkələrini ölkədəki seçki prosesinə müdaxilələrə son qoymağa çağırıb.

“Dünən İstanbulu izlədinizmi? Necə oldu? İstanbul kükrəyərsə, dünya kükrəyər. Qərb buna öyrəşməlidir. Ərdoğana jurnallarla hücum etmək məsələni həll etməyəcək. Məsələni bura həll edəcək”, - deyə Prezident bildirib.

O, həmçinin əhalini seçkidə daha fəal olmağa çağırıb.

“Bilirəm ki, siz ölkənin taleyini Kamal bəyin təmsil etdiyi qumar masasına vermək istəmirsiniz. Gəlin bu işi birinci turda böyük fərqlə başa vurmaqla ölkəmizi sələmçilərə, terror təşkilatlarına təslim etməmək iradəmizi göstərək”, - deyə Ərdoğan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR