• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə dağıntıdan xilas edilənlərin sayı 

DÜNYA

07 Fevral 2023 | 12:59

Türkiyədə dağıntıdan xilas edilənlərin sayı

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan 8 mindən çox insan xilas edilib.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

O bildirib ki, bölgələrdə yollar daim açıq saxlanılmalıdır: “Bu, xilasedicilərin işini asanlaşdırır. Əks halda isə onların hərəkətinə çətinliklər yaranır”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026