• Bakı 18° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Türkiyədə lirə ilə bağlı mühüm QƏRAR

İQTİSADİYYAT

25 Aprel 2024 | 18:44

Türkiyədə lirə ilə bağlı mühüm QƏRAR

Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Yaşar Fatih Karahanın rəhbərliyi ilə idarə heyətinin toplantısı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, idarə heyətinin toplantısında verilən qərara əsasən, TCMB uçot faiz dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb.

Qeyd edilib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın əsas tendensiyasını azaldacaq və inflyasiyanı ortamüddətli dövrdə beş faiz hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə veriləcək.

Xatırladaq ki, TCBM bundan əvvəl uçot faiz dərəcəsini beş faiz bəndi artıraraq 45 faizdən 50 faizə çatdırıb.

Ötən ildən indiyə kimi uçot faiz dərəcəsi səkkiz dəfə artırılıb.


SON XƏBƏRLƏR

04 May 2024