Bu il Türkiyədə orta temperatur göstəricisinə görə son 53 ilin ən isti iyul ayı qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında bildirib.
Onun sözlərinə görə, iyul ayında ölkə üzrə ən yüksək temperatur Şırnakın Cizre (45,9) rayonunda, ən aşağı temperatur isə Ərzurumda (5,2) qeydə alınıb.
















