Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, qurum Yunanıstan mətbuatında yer alan “Türk təyyarələrinin Yunanıstanın müdafiə naziri və avropalı nazirləri daşıyan təyyarəni narahat etdiyi” iddialarını təkzib edib.
Nazirlik Fransa ilə Cənubi Kipr arasında imzalanan hərbi əməkdaşlıq sazişinin Kiprdəki həssas tarazlığı pozduğunu və beynəlxalq hüquqa zidd olduğunu bildirib. Türkiyə və ŞKTC-nin hüquq və maraqlarını qorumaqda qətiyyətli olduqlarını vurğulanıb.
Şəbnəm Ələsgərzadə,
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi.
Bakı 



