• Bakı 11° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Türkiyənin bu vilayətində 41 nəfər qanunsuz miqrant SAXLANILIB

DÜNYA

26 Mart 2025 | 18:21

Türkiyənin bu vilayətində 41 nəfər qanunsuz miqrant SAXLANILIB

Türkiyənin Çanaqqala vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 41 nəfər saxlanılıb.

Bakıvaxtı.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, Çanaqqalanın Ayvacık rayonunun ərazi sularında aşkarlanıblar.

Məlumata görə, rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd göstərən bu şəxslərdən 20-si azyaşlıdır.

Qeyd edilir ki, Əfqanıstan və İran vətəndaşları olduqları müəyyən edilən şəxslər aidiyyəti qurumlara təhvil verilib.


SON XƏBƏRLƏR