• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

UEFA Avropa Liqası: Bu gün "Qarabağ"ın oyunu var

İDMAN

21 Sentyabr 2023 | 09:11

UEFA Avropa Liqası: Bu gün "Qarabağ"ın oyunu var

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda Bakıda Norveç "Molde"si ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Görüşü şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında Almaniyanın "Bayer 04" komandası İsveç "Hakken"ini qəbul edəcək. Bu oyun da eyni saatda start götürəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

I tur

20:45. "Qarabağ" - "Molde" (Azərbaycan)

Baş hakim: Con Biton (Şotlandiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026