Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın növbəti iclasını keçirib.
Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
İclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı və qoşunların əməliyyat-strateji qrupları komandirlərinin cəbhədəki mövcud vəziyyətə dair məruzələri dinlənilib.
“Baxmut istiqamətində müdafiə əməliyyatının gedişatını nəzərdən keçirərək, Qərargahın bütün üzvləri Baxmut şəhərinin gələcək saxlanılması və mühafizəsi ilə bağlı vahid mövqe nümayiş etdiriblər”, - məlumatda deyilir.
İclasda silah tədarükünün sürəti və həcmi də müzakirə olunub.
İsmayıl Alısoy
















