• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukraynalı qaçqınların sayı 2,6 milyona çatıb - BMT

DÜNYA

13 Mart 2022 | 09:13

Ukraynalı qaçqınların sayı 2,6 milyona çatıb - BMT

Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ukraynadan olan qaçqınların sayı 2 milyon 597 min 543 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında ​​deyilir.

Məlumata görə, onların yarıdan çoxu (1 575 703 nəfər) Polşaya köçüb.

Macarıstana 235 576, Slovakiyaya 185 673, Rusiyaya 105 897, Moldovaya 104 929, Rumıniyaya 84 671, Belarusa 938 nəfər gedib. Daha 304 156 nəfər başqa ölkələrə gedib.

Bununla yanaşı, Ukraynanın Donetsk və Luqansk vilayətlərində 96 min insan Rusiya sərhədini keçib.

Ali Komissarlığın məlumatına görə, Ukraynada humanitar vəziyyət pisləşərsə, qaçqınların sayı 4 milyon nəfəri keçə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026